Türkiyənin "Fənərbağça" futbol klubunun yeni baş məşqçisi İsmayıl Kartal olub.

Klub rəhbərliyi yeni mövsüm öncəsi təcrübəli mütəxəssislə razılığa gəldiyini rəsmən açıqlayıb.

Beləliklə, son həftələrdə adı baş məşqçi postuna əsas namizədlərdən biri kimi hallanan Aykut Kocamanın deyil, İsmayıl Kartalın seçildiyi dəqiqləşib. Daha əvvəl bir neçə dəfə "Fənərbağça"nı çalışdıran Kartal iki ildən sonra yenidən komandaya qayıdıb.

Məlumata görə, klubun sabiq futbolçusu Dirk Kuyt məşqçilər korpusunda yer alacaq və İsmayıl Kartalın köməkçisi kimi fəaliyyət göstərəcək.

"AzPolitika.info"