Ukraynaya daha 522 həlak olmuş şəxsin cəsədi qaytarılıb.
Ukrayna Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının məlumatına görə, həyata keçirilən repatriasiya tədbirləri nəticəsində ölkəyə 522 nəfərin cəsədi gətirilib.
Bildirilib ki, Rusiya tərəfinin iddiasına əsasən, qaytarılan cəsədlər Ukrayna vətəndaşlarına, o cümlədən hərbçilərə məxsusdur.
Qeyd olunub ki, hüquq-mühafizə orqanlarının müstəntiqləri və Daxili İşlər Nazirliyinin ekspert qurumları tərəfindən cəsədlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün bütün zəruri ekspertizalar aparılacaq.
"AzPolitika.info"

Şərhlər