Çikaqoda Obama Prezident Mərkəzinin təntənəli açılış mərasimi keçirilib.
"AzPolitika" xəbər verir ki, ABŞ-nin keçmiş Prezidenti Barak Obama və həyat yoldaşı Mişel Obama Çikaqoda Obama Prezident Mərkəzinin təntənəli açılış mərasimində çıxış ediblər.
Mərasim zamanı diqqət çəkən səmimi və emosional anlar da yaşanıb. ABŞ-nin keçmiş Prezidenti Corc Buş uzun illərdir dostluq münasibətləri saxladığı keçmiş birinci xanım Mişel Obamaya simvolik olaraq məşhur "Altoids" nanəli konfet qutusunu hədiyyə edib. Bu jest onların illər əvvəl senator Con Makkeynin dəfn mərasimində viral olan eyni zarafatını yenidən canlandırıb. Həmin vaxt Buşun Mişel Obamaya cibindən çıxardığı "Altoids" konfetini uzatması sosial şəbəkələrdə böyük maraq doğurmuş, fərqli siyasi düşərgələri təmsil edən iki ailə arasında səmimi münasibətlərin rəmzi kimi qiymətləndirilmişdi. Bu dəfə də həmin ənənənin davam etdirilməsi tədbir iştirakçılarının gülüşünə səbəb olub və mərasimə xoş, dostluq ab-havası bəxş edib.
Tədbirdə ABŞ-nin bir sıra keçmiş və hazırkı siyasi liderləri də iştirak ediblər. belə ki, qonaqlar arasında keçmiş prezidentlər Bill Klinton, Corc Buş və Co Bayden, eləcə də, keçmiş vitse-prezident Kamala Harris yer alıb.
Ancaq Obama ilə gərgin münasibətləri olduğu bilinən Prezident Donald Tramp mərasimə dəvət edilməyib.
Elman
"AzPolitika.info"








Şərhlər