Ukrayna ordusunun tərkibində döyüşən Azərbaycan əsilli İlyas Mütəllib oğlu Abdullayev həlak olub.
“AzPolitika” xəbər verir ki, Ukraynadakı Azərbaycanlıların Birləşmiş Diasporu tərəfindən mərhumun vida mərasimi təşkil olunub.
Mərasim Ukrayna paytaxtının baş meydanı olan məşhur “Maydan”da keçirilib. Onunla bağlı Ukrayna Müsəlmanları Ruhani İdarəsi də vida mərasimi təşkil edib və müsəlman cənazə namazı qılınıb.

Bərdə rayonunda anadan olan İlyas Abdullayev uşaqlıqdan Ukraynada yaşayıb. Sumı vilayətində gedən ağır döyüşlərdə yaralanan Abdullayevi xilas etmək mümkün olmayıb. Könüllü olaraq döyüşlərə qatılan Abdullayevin qəhrəmanlıq nümunəsi göstərdiyi bildirilir.
“AzPolitika.info”




Şərhlər