ABŞ və İran bu həftə imzalanmış anlaşma memorandumunun həyata keçirilməsi üçün gizli təkliflər üzərində işləyir.

Bu barədə "CNN" məluat yayıb.

Məlumata görə, danışıqlarla tanış olan ABŞ rəsmiləri, regional mənbə və keçmiş ABŞ rəsmisinin bildirdiyinə əsasən, hazırlanan sənədlərdə İranın nüvə proqramı ilə bağlı məsələlərin daha detallı həlli nəzərdə tutulur.

Mənbələr bildirir ki, hazırda “işçi sənədlər” adlandırılan layihələr növbəti mərhələdə rəsmi formatda təqdim ediləcək və tərəflər arasında razılaşdırılacaq.

Bildirilir ki, həmin sənədlər İranın nüvə fəaliyyəti və digər əsas məsələlər üzrə ABŞ-nin tələblərini əks etdirən konkret müddəaları ehtiva edir.

"AzPolitika.info"