Menu

ABŞ neft ixracı qadağasını yumşaldır

05.01.2015, 19:16
ABŞ neft ixracı qadağasını yumşaldır

Exploring New York CityÇərşənbə axşamı ABŞ Sənaye və Təhlükəsizlik bürosundan verilən xəbərə görə, Amerika ərazisində hasil edilən neftin ixracı qadağası asanlaşdırılır.

Tənzimləyicinin bəyanatına görə,xam neftin ultra yüngül forması olan kondensatın ixracı üçün “bəzi” şirkətlərə lisenziya verib. Şirkətlərin adı açıqlanmır.

Bundan əlavə ABŞ admistrasiyası bəzi texniki məsələlərə aydınlıq gətirərək ixracına icazə verilən neft sorlarının adını açıqlayıb. Ümumilikdə neft ixracına 40 il bundan əvvəl qoyulmuş embarqo qüvvədə qalır.

ABŞ son illərdə neft və qazın ən böyük hasilatçısı olub. Neft ixracına qoyulan məhdudiyətin zəifləməsi son altı ayda dünya qiymətlərinin kəskin azalması fonunda baş verir. ABŞ-dan xam neftin kütləvi ixracı dünya qiymətləri daha da azalmasına səbəb ola bilər. /"caspianbarrel"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol