ABŞ və İran arasında qarşılıqlı hücumların dayandırılması barədə razılıq əldə olunub.
"AzPolitika" xəbər verir ki, bu barədə məlumatı “Axios” portalı ABŞ-nin yüksəkvəzifəli rəsmisinə istinadla yayıb.
Məlumatda o da bildirilir ki, tərəflər iyunun 29-da Qətərin paytaxtı Dohada Hörmüz boğazı ilə bağlı mübahisələrin həlli istiqamətində danışıqlar aparmağı planlaşdırırlar.
Qeyd edək ki, ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts da ABŞ və İran arasında texniki səviyyədə danışıqlar davam etdiyini bildirib.
"Müfəttişlərin girişi, uranın zənginləşdirilməsi səviyyəsinin azaldılması və İranın heç vaxt nüvə silahı əldə etməməsini təmin etməyə yönəlmiş digər aspektlər ilə bağlı müzakirələr, xüsusən də texniki səviyyədə davam edir", - deyə o əlavə edib.
"AzPolitika.info"

Şərhlər