ABB-nin "m10"la bəzi ödəniş əməliyyatlarını dayandırmasının səbəbi məlum olub.

"AzPolitika" xəbər verir ki, bu barədə Plat.az-a "PashaPay" şirkətindəki etibarlı mənbədən bildirilib.

Mənbənin bildirdiyinə görə, buna səbəb tərəflər arasında müddəti bitən müqavilənin köhnə şərtlərlə davam etdirilməməsi olub.

Məlumata görə, tərəflər arasında əməkdaşlıq müqaviləsinin müddəti iyun ayının 23-də bitib. ABB yeni müqavilə üzrə komissiyaların artırılmasını istəyib. Hətta 10%-dək komissiya müəyyən edildiyi bildirilib. Bu şərtlər isə ödəniş təşkilatını qane etməyib. Ona görə də ABB kartlarından "m10" hesablarına köçürmələr, "m10" tətbiqindən ABB kartlarına vəsait köçürülməsi iyunun 24-dən dayandırılıb.

Məlumata görə, xüsusilə də “Sədərək” kimi iri ticarət mərkəzlərində satıcılar daha çox ABB və m10 üzərindən köçürmələrdən istifadə edir. Əməkdaşlığın dayandırılması bu satıcıların fəaliyyətinə mənfi təsir edib.

"AzPolitika.info"