Menu

TÜRKİYƏDƏ 42, RUSİYADA 41, AZƏRBAYCANDA 35 DOLLAR... - Digər ölkələrdə neçəyədir? + SİYAHI

30.06.2026, 20:37
TÜRKİYƏDƏ 42, RUSİYADA 41, AZƏRBAYCANDA 35 DOLLAR... - Digər ölkələrdə  neçəyədir? + SİYAHI

Beynəlxalq yaşayış xərcləri bazası olan "Numbeo" portalının araşdırmasına əsasən, orta səviyyəli restoranda iki nəfər üçün üç çeşid yeməkdən ibarət (içkisiz) şam yeməyinin orta qiyməti Azərbaycanda 35,29 ABŞ dolları təşkil edir. Bu göstərici ilə Azərbaycan 99 ölkə arasında 67-ci yerdə qərarlaşıb.

Azərbaycanda iki nəfərin orta səviyyəli restoranda şam yeməyi təxminən 60 manata başa gəlir.

"Numbeo"nun siyahısına İsveçrə başçılıq edir. Bu ölkədə orta səviyyəli restoranda iki nəfərlik şam yeməyinin qiyməti 123,83 dollar (təxminən 210,5 manat) təşkil edir. İlk beşlikdə Danimarka (107 dollar – 181,9 manat), İsrail (104,43 dollar – 177,5 manat), Lüksemburq (102,83 dollar – 174,8 manat) və Norveç (100,83 dollar (171,4 manat) yer alır.

Avropanın inkişaf etmiş ölkələrində də restoran qiymətləri Azərbaycandan xeyli yüksəkdir. Böyük Britaniyada iki nəfərlik şam yeməyi orta hesabla 86,18 dollar (146,5 manat), İtaliyada 79,98 dollar (136 manat), Almaniyada 77,69 dollar (132,1 manat), Fransada 68,55 dollar (116,5 manat) və İspaniyada 57,13 dollar (97,1 manat) təşkil edir. ABŞ-da isə bu göstərici 77 dollar və ya təxminən 131 manatdır.

Cənubi Qafqaz və yaxın region ölkələri ilə müqayisədə Azərbaycanda restoran qiymətləri orta-yüksək səviyyədədir.

Ölkə  Qiymət (ABŞ dolları)(Manat)
Ermənistan           46,2678,6 manat
Türkiyə           42,8872,9 manat
Rusiya           41,5670,7 manat
Belarus           41,4570,5 manat
Qazaxıstan          36,2261,6 manat
Gürcüstan          35,9861,2 manat
Azərbaycan          35,2960 manat
Ukrayna          31,2553,1 manat
Özbəkistan          29,0949,5 manat
İran          15,0025,5 manat

Məlumatlardan görünür ki, Azərbaycanda iki nəfərlik restoran hesabı Gürcüstandan cəmi 0,69 dollar (təxminən 1,2 manat) ucuzdur. Qazaxıstanla fərq 0,93 dollar (təxminən 1,6 manat) təşkil edir. Bununla yanaşı, Azərbaycanda restoran qiymətləri Ukraynadan təxminən 7 manat, Özbəkistandan 10,5 manat, İrandan isə 34,5 manat bahadır.

Digər tərəfdən, Türkiyədə eyni xidmət üçün orta hesabla 72,9 manat, Rusiyada 70,7 manat, Ermənistanda isə 78,6 manat ödənilir. Bu isə o deməkdir ki, həmin ölkələrdə restoran qiymətləri Azərbaycandan 11-19 manat daha yüksəkdir.

Siyahının son pillələrində əsasən Asiya ölkələri qərarlaşıb. İndoneziyada iki nəfərlik şam yeməyinin qiyməti 11,13 dollar (təxminən 18,9 manat), Hindistanda 11,60 dollar (19,7 manat), Banqladeşdə 12,19 dollar (20,7 manat), Nepalda 13,25 dollar (22,5 manat), Pakistanda isə 14,41 dollar (24,5 manat) təşkil edir.

"Numbeo"nun araşdırması göstərir ki, Azərbaycan restoran qiymətlərinə görə dünyanın ən bahalı ölkələri sırasında olmasa da, region ölkələrinin böyük hissəsi ilə müqayisədə orta və nisbətən yüksək qiymət qrupunda yer alır. 

"AzPolitika.info"

Şərhlər

Bəhram 2026-06-30 23:32:35

*AzPolitika.infonun yaxın on dövlətlə regional müqayisəli göstəriciləri qarşılıqlı təmaslar üçün öncədən gərəkli rəqəmlərdir! Eləcə, hər rüb üç-beş ətraf region dövlətin sosial-iqtisadi göstəriciləri (adambaşına yaradılmış əlavə dəyər-natural məhsul) hamı üçün öncədən faydalı təmas göstəricisi olardı?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol