Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" qlobal enerji bazarları ilə bağlı mühüm hesabatını yayımlayıb. Agentliyin proqnozuna görə, 2026-cı ilin dördüncü rübünədək "Brent" markalı neftin qiyməti davamlı şəkildə enərək bir barel üçün 70 ABŞ dolları səviyyəsinə düşəcək. Bu proqnoz, daxili iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi hələ də xam neft ixracı olan Azərbaycan üçün ciddi siqnal hesab olunmalıdır.

"Fitch" qeyd edir ki, yaxın keçmişdə ABŞ-İran gərginliyi və Hörmüz boğazının təxminən dörd ay bağlı qalması fonunda yaranan tədarük şoku qlobal kredit mühitini pisləşdirsə də, bu dalğalanma müvəqqəti xarakter daşıyır. İlin sonuna doğru bazarda təklif sabitləşəcək və qiymətlər ucuzlaşma xəttinə qayıdacaq. Lakin bu qlobal mənzərə, hasilatın təbii azalma tempini yaşayan Azərbaycan iqtisadiyyatı üçün "ikili sıxılma" (həm həcmin, həm də qiymətin eyni vaxtda düşməsi) riskini gündəmə gətirir.

Azərbaycanın neft sektorunda son illərdə müşahidə olunan fundamental problem qiymətlərdən daha çox, fiziki hasilatın aşağı düşməsidir.

Belə ki, OPEC-in ən son məlumatlarına görə, 2026-cı ilin may ayında Azərbaycanda gündəlik neft hasilatı 458 min barelə qədər geriləyib. Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu göstərici orta hesabla 461 min barel, ondan əvvəlki illərdə isə daha yüksək olub.

Azərbaycanın OPEC+ sazişi çərçivəsində 2026-cı il üçün hasilat kvotası günlük 551 min barel müəyyən edilsə də, ölkəmiz mövcud yataqların (xüsusilə "Azəri-Çıraq-Günəşli" blokunun) təbii qocalması səbəbindən bu hədəfdən bütövlükdə 93 min barel geri qalır.

İndi isə bura "Fitch"-in proqnozlaşdırdığı 70 dollarlıq qiymət təhlükəsi əlavə olunur.

Müsbət məqam odur ki, Azərbaycan hökuməti qlobal bazarlardakı riskləri sığortalamaq üçün 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiymətini kifayət qədər mühafizəkar - 65 dollardan hesablayıb. Hazırda "Azeri Light" neftinin dünya bazarında 80 dollardan bir qədər aşağı səviyyədə korreksiya olunması və "Fitch"-in ilin sonuna proqnozlaşdırdığı 70 dollar büdcə defisiti yaratmır.

Lakin bu "təhlükəsizlik yastığı" ümumi mənzərəni tam dəyişmir. Dövlət Statistika Komitəsinin cari ilin ilk 5 ayına dair hesabatları göstərir ki, neft məhsulları sektorunun ümumi dəyəri artıq illik müqayisədə 5.2% azalıb. BP şirkəti "AÇG" blokunda hasilatın düşmə tempini kompensasiya etmək üçün yeni quyuların qazılması və "Qarabağ", "Şəfəq-Asiman" kimi strukturlarda investisiya proqramlarını genişləndirsə də, bu layihələrin tam gücü ilə nəticə verməsi zaman tələb edir.

Beləliklə, neftin qlobal miqyasda 70 dollara doğru hərəkəti və daxili hasilatın hər ay bir neçə min barel azalması Dövlət Neft Fondundan (ARDNF) büdcəyə edilən transfertlərin uzunmüddətli daynaqlığını qorumaq üçün qeyri-neft sektorunun (xüsusilə yaşıl enerji və Orta Dəhliz tranzit gəlirlərinin) sürətlə inkişaf etdirilməsini artıq seçim deyil, imperativ tələb halına salır.

"Fitch" qeydedirki, neftbazarındakı mənfi meyillərə rəğmən, qlobal iqtisadiyyattam çökmür. Buna səbəb xüsusilə ABŞ-da və Asiyada yaşanan süni intellektə yönəlmiş investisiya bumudur. Texnoloji ixracatın artması və süni intellekt ətrafındakı optimist investor əhval-ruhiyyəsi qlobal iqtisadi fəallığı ayaqda saxlayır

Lakin butexnoloji bumdan bəhrələnən əsas tərəflər Asiyavə Qərb nəhəngləridir. Azərbaycan üçünisə ən real ssenari daxili enerji strukturunun şaxələndirilməsi və yaxınlaşan "ucuz neft dönəmi"nə hazırlıqlı olmaqdır.

E.Rüstəmli

“AzPolitika.info”