Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini həbs edilib.
"AzPolitika" APA-ya istinadla xəbər verir ki, bununla bağlı Binəqədi Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, istintaq orqanın təqdimatı təmin edilib, Bakı şəhəri Operativ Vergi Nəzarəti və Uçotun Təşkili Baş İdarəsinin rəis müavini Eldəniz Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1 (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 311.3.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, daha əvvəl vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən iki vəzifəli şəxs həbs olunub.


Şərhlər
sekinin qayi reisinide gelib aparsinlar onun timsalinda coxdu
Qapida duranı , bir də sürücü varsa onu tutun, günah onlardadır... Yazıq rəisin nə xəbəri var rüşvətdən ,axı...
Mən inanmıram, çünki mənimdə atama rüşvət almadığına görə 8 il yarım cəza verdilər. Atamı tutan orqanda özüdə bilirki, sübütsuz tutmuşuq.
Rüşvət yığanları tuturmurlar.
iqtisadiyyat nazirliyində və vergi sistemində savadsız amma pula həris adamlar toplanıb indi
Rəis qalıb qıraqda müavini həbs edirlər. Azərbaycan sayağı rüşvətlə mübarizə. Dünyada analoqu olmayan rüşvətə qarşı mübarizədir. Bəllidir ki, bu yazıq müavin rəisin tapşırığən uerinə yetirib. Necə deyərlər, balıq başdan qoxar.