Menu

"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

15.10.2026, 11:29
"Sədərək" Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Sədərək" Ticarət Mərkəzində işləyən hicablı xanımların işdən çıxarılacağı iddia olunub. Sosial şəbəkədə bir qrup insan tərəfindən edilən paylaşımlarda bəzi mağazalarda oktyabrın 15-dən etibarən hicablı xanımların işə gəlməmələri bildirildiyi qeyd olunub.

"AzPolitika" xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-a açıqlamasında "Sədərək" Ticarət Mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim deyib ki, sözügedən iddialar əsassızdır:

Sədərək Ticarət Mərkəzində hicablı xanımlar işdən çıxarılırlar?

"Ölkəmizdə hicabla bağlı heç bir qadağa yoxdur. Dünyəvilik prinsipinə əsaslan vahid məktəbli geyiminin tətbiqinin ölkədə hicabın qadağası ilə əlaqələndirmək düz deyil. Burada söhbət hicabın ləğvindən getmir. "Sədərək" Ticarət Mərkəzində də hicablı xanımlarla bağlı hər hansı məhdudiyyət tətbiq edilməyib. Tamamilə əsassız və yalan məlumatdır. Bizim mərkəz sahibkarlardan ibarətdir. Sahibkarları biz işə götürmüşük ki, indi də işdən çıxarmaq barədə əmr verək? Sahibkarlar burada öz bizneslərini qurublar. "Sədərək" Ticarət Mərkəzində də heç kim hicablı şəxslərin içəri buraxılmaması barədə göstəriş verə bilməz. Gəlib baxın, görün burada nə qədər hicablı xanı

m var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol