Menu

Müharibədən sonra 3 il Azərbaycan suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı - İlham Əliyev

15.10.2026, 12:28
Müharibədən sonra 3 il Azərbaycan suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı - İlham Əliyev

Vətən müharibəsi ərzində Azərbaycan Ermənistan işğalçılarını zəbt edilmiş torpaqlarından qovdu.

"AzPolitika" xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.

Onun sözlərinə görə, döyüş meydanında 300-dən çox şəhər və kəndi işğaldan azad etdi.

Prezident deyib ki, Vətən müharibəsindən sonra üç il ərzində Azərbaycan öz suverenliyinin tam bərpası məsələsini sülh yolu ilə həll etməyə çalışdı, lakin Ermənistan atəşkəsdən öz hərbi qüvvəsini bərpa etmək və artıq yeni qərbdən olan havadarlarının köməyi ilə Azərbaycana yenidən hücum etmək üçün bir fürsət kimi istifadə etdi:

"2023-cü ilin sentyabrında məhz bu başladı və həmin vaxt Azərbaycan əsgərinin dəmir yumruğu yenidən öz sözünü dedi. Ermənistan ordusunun Qarabağdakı işğalçı ordusu tamamilə darmadağın edildi. Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa etdi, separatizmə son qoydu. Separatçıların liderləri, hərbi cinayətkarları və uşaq qatilləri isə Azərbaycan məhkəməsi qarşısına gətirildi"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol