Azərbaycanın nüfuzu dünyada artmaqdadır.
"AzPolitika" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında deyib.
O, Azərbaycana AQEM-ə sədrliyi dövründə irəli sürdüyü təşəbbüslərə görə təşəkkür edib.
Özbəkistan Prezidenti deyib ki, bu gün dünyada baş verən münaqişələr bütün tərəflərin maraqları əsasında həllini tapmalıdır:
"Ən qısa zamanda Yaxın Şərqdə sülhün bərqərar olmasını diləyirik. Çalışmalıyıq ki, siyasi fikir ayrılıqları silahlı qarşıdurmalara səbəb olmasın".
Mirziyoyev qeyd edib ki, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsi (AQEM) çərçivəsində fəaliyyət və öhdəliklər aydın olmalıdır.
Özbəkistan lideri vurğulayıb ki, Asiyada etimad infrastrukturu yaradılmalıdır və buna misal kimi AQEM çərçivəsində iqlim dəyişikliyi ilə bağlı əməkdaşlığın gücləndirilməsinə ehtiyac olduğunu deyib.
Onun sözlərinə görə, bu gün ölkələrin qarşısında yeni çağırışlar var:
"Bunlar iqlimlə və süni intellektlə bağlıdır. Biz rəqəmsal inkişafda bütün ölkələr üçün faydalı olmasına çalışmalıyıq. Bu mənada süni intellektdən etik və məsuliyyətli istifadə önəmlidir. AQEM çərçivəsində bu sahə üzrə ekspert platforması yaradılmalıdır".


Şərhlər