Qırğızıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir.
"AzPolitika" xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən AQEM-in VII sammitində bildirib.
"Azərbaycan tərəfinin sədrliyi 2028-ci ilədək davam etdirmək təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində ardıcıllığın qorunmasına və qarşılıqlı etimadın gücləndirilməsinə imkan verəcək", – o deyib.
Japarov əlavə edib ki, Qırğızıstan Respublikası AQEM-in ümumi fəaliyyətinə lazımi dəstəyi göstərməyə və öz töhfəsini verməyə hazırdır.


Şərhlər