Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin müdafiə naziri İsrael Katzın İrana qarşı mümkün hərbi əməliyyatla bağlı açıqlamalarına sərt reaksiya verib.
Əraqçı "X" hesabındakl paylaşımında bildirib ki, İslamabad Anlaşma Memorandumunun şərtləri aydın və ictimaiyyət üçün açıqdır.
“ABŞ prezidenti Tel-Əvivdəki ev heyvanlarını cilovlamağa söz verib. Əgər onlar ağalarını görməzdən gəlsələr, İran onlara dərs verəcək. Xalqımıza və rəhbərimizə qarşı hər hansı bir təhdid dərhal və güclü cavabla qarşılanacaq", - deyə, XİN rəhbəri vurğulayıb.
Əraqçının paylaşımı İsrailin müdafiə naziri İsrail Katzın İsrail ordusuna İrana qarşı mümkün yeni əməliyyata hazır olmaq göstərişi verildiyini bildirməsindən sonra səsləndirilib.
"AzPolitika.info"

Şərhlər