Menu

“Sağ sektor”-dan Müdafiə Nazirliyinə RƏDD CAVABI

06.01.2015, 11:57

Ukrayna-bayraqUkraynanın “Sağ sektor” təşkilatının silahlı qanadı müqavilə əsasında Silahlı Qüvvələrdə xidmət keçməkdən imtina edib.

APA-nın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidentinin müşaviri Yuri Biryukov deyib. “Mən şəxsən “Sağ sektor”a tam leqallaşma sxemi təklif etdim. Müqavilə əsasında hərbi xidmətə dair çoxsaylı variantlar təklif olundu. Lakin onlar imtina etdilər”, - deyə Y. Biryukov söyləyib.

Müşavir qeyd edib ki, “Sağ sektor” könüllülərinin öz müstəqilliklərini saxlayaraq və heç kimə tabe olmayaraq leqal qüvvə kimi qalmaq arzusu “elmi fantastika” sırasındandır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol