Menu

İŞİD əsirliyindəki türk sərhədçi azad edildi

06.01.2015, 12:00
İŞİD əsirliyindəki türk sərhədçi azad edildi

Suriya sərhədində İŞİD tərəfindən qaçırılan sərhədçi türk zabiti xilas edilib.

Musavat.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, zabit Özgür Örsün Türkiyəyə keçən İŞİD-çilərlə dəyişdirildiyi iddia edilib. Zabitin xilas edildiyini baş nazir Əhməd Davudoğlu Tvitter sosial şəbəkəsi vasitəsiylə bildirib. Davudoğlu Tvitterdə zabitin milli kəşfiyyat idarəsi tərəfindən xilas edildiyini yazıb.

Lakin zabitin İŞİD-çilərlə mübadilə edildiyi iddia edilib. Dünən verilən məlumatda türk sərhədçinin İŞİD tərəfindən oğurladığına dair dəqiq məlumat olmadığı bildirilmişdi. Ancaq təxminən eyni vaxtlarda Özgür Örs azad edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol