Səudiyyə Ərəbistanı, ABŞ, Avropa və Asiyaya satdığı neftin qiymətində növbəti dəfə dəyişiklik edib.
Səudiyyə Rəhbərliyi, ABŞ və Avropaya ixrac etdiyi neftin qiymətində endirimə gedib, Asiyaya satdığı neftin qiymətini isə yüksəldib.
Beləliklə, qlobal bazar payını qorumağa çalışan Səudiyyə Ərəbistanı, ABŞ-a istiqamətli qiymətlərini ardıcıl beşinci dəfə aşağı salmışdır.
Obama Rəhbərliyi isə, neft qiymətlərindəki enişdən məmnundur. Ağ Evin Sözcüsü Josh Earnest, neftin qiymətinin aşağı düşməsinin bu ana qədər ABŞ iqtisadiyyatına fayda verdiyini söyləyib. /"Marja"


Şərhlər