Menu

Dəməşqdə partlayışlar: Türkiyə terror aktını pislədi

07.07.2026, 20:35
Dəməşqdə partlayışlar: Türkiyə terror aktını pislədi

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Suriyanın paytaxtı Dəməşqdə iyulun 7-də törədilən bombalı hücumları qətiyyətlə pisləyib.

"AzPolitika" xəbər verir ki, bu barədə Türkiyə XİN bəyanat yayıb.

"Ankara Suriya xalqı ilə həmrəyliyini davam etdirəcək, ölkədə davamlı sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş səylərə dəstəyini sürdü­rəcək", - bəyanatda vurğulanıb.

Qeyd edək ki, bu gün Dəməşqdə, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında iki partlayış baş verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol