Dünən gecə ABŞ hərbçiləri yenidən İrana zərbələr endirib.

"Azpolitika" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsindəki hesabında xəbər verib: "Ali Baş Komandanın göstərişi ilə CENTCOM qüvvələri Hörmüz boğazında gəmiçilik azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək üçün İrana qarşı əlavə zərbələr endirməyə başlayıblar".

Amerika hərbçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb.

"CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflərmək məqsədilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib", - deyə məlumat yayılıb.

Komandanlığın məlumatına görə, zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri olub.

Buna cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi dəniz və aerokosmik qüvvələri ABŞ-nin Bəhreyn və Küveytdəki hərbi bazalarına zərbələr endirib.

Bu barədə isə SEPAH-ın bəyanat yayıb.

"Düşmənin ölkənin müxtəlif yerlərinə hücumlarından qısa müddət sonra SEPAH-ın hərbi dəniz və aerokosmik qüvvələri birgə raket və pilotsuz təyyarə əməliyyatı zamanı Küveytdəki iki ABŞ bazasında - Əli əs-Salem və Arifcanda, eləcə də Bəhreyndəki Əl-Cufair və Şeyx İsada əsas obyektləri və infrastrukturu məhv edib", - bəyanatda deyilir.

SEPAH xəbərdarlıq edib ki, Amerikanın hücumları təkrarlansa, İran ABŞ-nin Yaxın Şərqdəki digər hərbi bazalarını da əhatə edəcək şəkildə cavab tədbirlərini genişləndirəcək.

İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Baqai də ABŞ-ni və hücumlara kömək edən ölkələri hədələyib

O bildirib ki, Ərazilərini və hərbi infrastrukturlarını İrana qarşı hücumlar üçün ABŞ-yə verən ölkələr ciddi fəsadlarla üzləşəcəklər.

"Avropadakı ərazilərini, bazalarını və infrastrukturlarını ABŞ və İsrailin hücumları üçün təmin edən tərəflər öz iştiraklarına və sonrakı nəticələrə görə məsuliyyətdən yayına bilməzlər", - XİN-in teleqram kanalında yayılan açıqlamada deyilir.

NATO-nun baş katibi Mark Rüttenin açıqlamalarına münasibət bildirən Bəqai həmçinin bildirib ki, Avropa ölkələri İran ətrafında münaqişədə neytral qalmayıblar.

***

İranın Buşehr ostanında partlayış səsləri eşidilib.

"AzPolitika"  xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, Buşehr şəhəri və ətraf ərazilərdə partlayış səsləri eşidilsə də, hadisənin səbəbi və mümkün dağıntılar barədə hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, İranın yeganə fəaliyyətdə olan atom elektrik stansiyası Buşehr ostanında yerləşir. Son aylarda regionda gərginliyin artması fonunda stansiyanın yerləşdiyi ərazi bir neçə dəfə hücum təhlükəsi ilə üzləşmişdi.

Bu hadisə ABŞ və İran arasında hərbi gərginliyin yenidən artdığı vaxta təsadüf edir. İran Silahlı Qüvvələri və İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı hərbi obyektlərinə qarşı genişmiqyaslı raket və pilotsuz uçuş aparatları ilə əməliyyat keçirdiyini açıqlayıb. İran tərəfi zərbələrin Bəhreyndə yerləşən Şeyx-İsa aviabazasını, eləcə də ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının qərargahının yerləşdiyi Salman limanı və Küveytdəki Əli Əl-Səlim aviabazasını hədəf aldığını bildirib. İran həmçinin ABŞ-ın atəşkəs razılaşmasını pozacağı təqdirdə regiondakı bütün Amerika hərbi bazalarının legitim hədəf olacağı barədə xəbərdarlıq edib.

Öz növbəsində, Bəhreyn rəsmiləri ölkənin hava hücumundan müdafiə sistemlərinin İran tərəfindən buraxıldığı bildirilən hava hədəflərinin qarşısını aldığını, ilkin məlumata görə, itki və dağıntının qeydə alınmadığını açıqlayıb

***

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz və Aerokosmik qüvvələri ABŞ-nin İrana zərbə endirməsinə qarşılıq verib.

SEPAH-ın bu barədə bəyanatını "Fars" agentliyi yayıb.

Bəyanatda ABŞ-nin hücumları sabiq ali dini rəhbər "Əli Xameneinin vida mərasiminə kölgə salmaq" məqsədi güddüyü bildirilib.

"İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz və Aerokosmik Qüvvələri müştərək raket və PUA əməliyyatı zamanı Amerikanın Salman limanı, Bəhreynin beşinci dəniz bölgəsi və Küveytin "Əli Əs-Salim" aviabazasındakı 85 mühüm hərbi obyektini darmadağın edib və düşmənin əməliyyata müdaxilə etmək istəyən bir "MQ-9" PUA-sını vurub", - bəyanatda vurğulanıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən isə 80-dən çox hədəfə hücum edərək İrana qarşı yeni zərbələr seriyasını başa çatdırıldığı açıqlanıb.

Komandanlıqdan həmçinin SEPAH-ın 60-dan çox katerinə hücum edildiyini bildirilib.

CENTCOM İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.

"Axios” portalının jurnalisti Barak Ravid Ağ Ev administrasiyasındakı mənbələrə istinadən “X”də məlumat yayıb ki, ABŞ Prezidenti Donald Tramp İrana zərbələrin endirilməsi barədə əmri Türkiyədə olarkən verib.

Bildirilir ki, Ağ Ev rəhbəri qərar qəbul etməzdən əvvəl Ankarada ABŞ Dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, maliyyə naziri Skott Bessent və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə müşavirə keçirib.

Bundan başqa, ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib. Rəsmi Tehran isə bunu İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulması kimi dəyərləndirib.

"AzPolitika.info"