Ankarada keçirilən sammit çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə İtaliyanın Baş naziri Corcia Meloni arasında baş tutan əl sıxma sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
"AzPolitika" xəbər verir ki, yayılan görüntülərdə Trampın Meloninin əlini uzun və möhkəm sıxdığı, İtaliya Baş nazirinin isə əlini geri çəkməyə çalışdığı görünür. Bir sıra sosial media istifadəçiləri həmin anı "Meloni əlini Trampın əlindən qurtarmağa çalışırdı" kimi şərh ediblər.
Bu görüntülər son günlər Trampın Meloni barədə səsləndirdiyi fikirlərin fonunda daha çox diqqət çəkib.
ABŞ prezidenti daha əvvəl Meloni ilə münasibətlərinin yaxşı olduğunu düşündüyünü, lakin sonradan fikrinin dəyişdiyini bildirmişdi. Trampın sözlərinə görə, buna səbəb İtaliyanın ABŞ-nin İranla bağlı siyasətinə, eləcə də Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması istiqamətində Vaşinqtonun təşəbbüslərinə dəstək verməməsi olub.
Qeyd edək ki, Trampın bu qiymətləndirməsi və Meloni ilə bağlı səsləndirdiyi fikirlər beynəlxalq mediada geniş müzakirə olunsa da, İtaliya hökuməti məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Həmin görüntüləri təqdim edirik:
"AzPolitika.info"

Şərhlər