Menu

ZAQATALANI SU BASDI - Poçt binasını sel apardı + VİDEOLAR

09.07.2026, 21:23
ZAQATALANI SU BASDI  - Poçt binasını sel apardı  + VİDEOLAR

İntensiv yağan yağışlar nəticəsində Zaqatalada bir sıra küçə və yaşayış məntəqələrini su basıb.

“AzPolitika” “Shimalnews”a istinadən xəbər verir ki, güclü yağışlar bəzi ərazilərdə sel və daşqınlara səbəb olub.

Bildirilib ki, yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb, Talaçaydan güclü sel keçib. Təbii fəlakət nəticəsində evlərə, təsərrüfatlara və nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.

Selin ən ağır fəsadlarından biri isə Zaqatala şəhərində qeydə alınıb. Belə ki, güclü sel suları Zaqatala 1 saylı poçt binasını aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol