ABŞ Prezidenti Donald Tramp NATO Zirvəsində iştirak etmək üçün Ankaraya Qətərin ABŞ-yə hədiyyə etdiyi yeni "Air Force One" təyyarəsi ilə gəlsə də, Türkiyədən ayrılarkən köhnə prezident təyyarəsindən istifadə edib.

Bu dəyişiklik müxtəlif iddialara səbəb olsa da, Tramp bunun təhlükəsizlik və ya texniki nasazlıqla bağlı olmadığını bildirib.

Onun sözlərinə görə, yeni təyyarə əvvəlcədən İngiltərədəki Mildenhall Hərbi Hava Qüvvələri bazasına göndərilib ki, orada xidmət edən amerikalı hərbçilər onu yaxından görə bilsinlər.

Tramp həmçinin köhnə prezident təyyarəsi ilə uçmasının səbəbini "köhnə günləri xatırlamaq istəyi" ilə izah edib.

Sosial şəbəkədə paylaşım edən ABŞ prezidenti bildirib ki, bazadakı hərbçilərin istəyi nəzərə alınaraq yeni təyyarə əvvəlcədən İngiltərəyə göndərilib və demək olar ki, uçuş marşrutunda heç bir dəyişiklik edilməyib.

Tramp yeni "Air Force One"-da texniki problem yarandığı və ya təhlükəsizlik səbəbindən təyyarəni dəyişdiyi barədə yayılan iddiaları da təkzib edərək, "Xeyr, buna nə səbəb ola bilər ki?" ifadəsini işlədib.

"AzPolitika.info"