Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Yuxarı Tala kəndi yaxınlığında Katex çayına sel gəlməsi nəticəsində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumat əsasında FHN-in Mülki müdafiə qoşunlarının qüvvələri hadisə yerinə cəlb edilib.

Nazirliyin həyata keçirdiyi xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan beş nəfər təhlükəsiz əraziyə çıxarılıb.