OPEC+ ölkələri 2026-cı ilin iyununda gündəlik neft hasilatını 2,17 milyon barel artırıblar.
"AzPolitika" xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında qeyd edilib.
BEA-nın məlumatına görə, OPEC+ ölkələri üçün iyun ayında hədəf hasilat səviyyəsi sutkada 33,89 milyon barel təşkil edib. Faktiki hasilat isə sutkada 26,38 milyon barel olub. Beləliklə, planla müqayisədə geriqalma sutkada təxminən 7,51 milyon barel təşkil edib.
İyunda OPEC+ daxilində könüllü məhdudiyyətlər tətbiq edən yeddi ölkədən Əlcəzair hasilatı sutkada 10 min barel, Küveyt 630 min barel, İraq 490 min barel, Səudiyyə Ərəbistanı 900 min barel, Oman 30 min barel, Rusiya isə 120 min barel artırıb. Qazaxıstan isə əksinə, iyun ayında neft hasilatını sutkada 50 min barel azaldıb.

Şərhlər