Ankarada keçirilən NATO Zirvəsi çərçivəsində liderlərin şərəfinə təşkil olunan yemək mərasimi bir sıra məqamlarla yadda qalıb.
"AzPolitika"-nın "modern.az"-a istinadən verdiyi məlumata görə, Türkiyə mətbuatı Prezident Rəcəb Tayyib Ərdoğanın adından NATO liderlərinə açılan yemək süfrəsi haqda maraqlı məlumatlar yayıb.
Qeyd edilib ki, yemək masasının menyusu məşhur aşpaz Fatih Tutakın rəhbərliyilə hazırlanıb.
Süfrədə təqdim edilən türk mətbəxinin ləziz təamları ABŞ Prezidenti Donald Tramp, Fransa lideri Emmanuel Makron və İspaniya Baş naziri Pedro Sançesin xüsusilə xoşuna gəlib.
Trampın ağlını başından alan dana qabırğası
Trampın təndirdə bişən dana qabırğası və “hünkar bəyəndi”yə (badımcandan hazırlanan türk yeməyi) heyran olduğu diqqət çəkib.
Türkiyəli jurnalistlər bildiriblər ki, Tramp bu yeməkləri o qədər bəyənib ki, hətta onların Ağ Evin rəsmi menyusuna daxil edilməsi üçün aşpaz Fatih Tutakdan resept istəyib.
Fransa Prezidenti Emmanuel Makron və həyat yoldaşı Bricit Makron isə Egey və Qara dəniz mətbəxindən ilhamlanan yüngül təamları seçiblər. Onlar xüsusilə Urla saqqız ənginarı və Tokat üzüm yarpağı sousu ilə hazırlanan salatı yüksək qiymətləndiriblər.
Emmanuel və Bricit Makronlar aşpaz Fatih Tutaqla şəkil də çəkdiriblər
Müasir türk mətbəxindən təsirlənən Makronun Fatih Tutaka "Bu müasir türk mətbəxini Parisdə restorana çevirməlisən" dediyi də bildirilir.
Gecənin sonunda təqdim olunan ənənəvi türk şirniyyatları da qonaqların rəğbətini qazanıb. İspaniyanın Baş naziri Pedro Sançes süd qaymaqlı və Antep fıstıqlı deserti çox bəyəndiyini bildirərək aşpaz və onun komandasına təşəkkür edib.
İspaniya Baş anziri xanımı ilə...
Qəbulda iştirak edən xarici qonaqların türk qonaqpərvərliyi və mətbəxindən yüksək şəkildə məmnun qaldığı, Fatih Tutakın hazırladığı menyunun Ankaradakı NATO Zirvəsinin yaddaqalan məqamlarından birinə çevrildiyi qeyd olunur.
Menyuda istifadə olunan məhsulların böyük hissəsi Türkiyənin müxtəlif bölgələrindəki istehsalçılardan alınıb.
Menyuda daş sobada hazırlanmış pide, Trabzon kərə yağı və Hizan karakovan balı, zeytun yağlı tərəvəz, Denizli qatığı, balıqlardan dəniz levrəyi və tarama, Urla saqqız ənginarı və Tokat üzüm yarpağı sousu ilə hazırlanan salat, quzu əti ilə göbələk qarışıqlı bulqur, təndirdə bişmiş dana qabırğası, "hünkar bəyəndi" (badımcan yeməyi), tüstüyə verilmiş pomidor sousu ilə mantı, südlü paxlava, Antep fıstıqlı deserti və bergamotlu Maraş dondurması yer alıb.
NATO liderlərinə açılan süfrənin münyusu

Şərhlər