ABŞ-nin yeni hücumlarının başlamasından sonra İranın cənubundakı Bəndər Abbas və Sirikdə partlayışlar qeydə alınıb.

"Report" xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Məlumata görə, Hörmüz boğazı yaxınlığındakı Bəndər Abbasda üç, Sirikdə isə iki partlayış olub.

Partlayışların Fars körfəzi sahilindəki Buşehr və Asaluyədə də qeydə alındığı bildirilir.

Bununla belə, partlayışların dəqiq yerləri hələ müəyyən edilməyib.

Bundan əlavə, ölkənin cənubundakı Çabaharda bir, Fars körfəzi sahilindəki Buşehrdə isə beş yeni partlayış baş verib.