İngiltərə və Uelsdə 2026-cı ilin may və iyun aylarında qeydə alınan rekord isti hava dalğalarının 2 700-dən çox insanın ölümünə səbəb olduğu ehtimal edilir.
Bu barədə World Weather Attribution (WWA) təşkilatının tərkibində fəaliyyət göstərən Imperial College London, Böyük Britaniya Meteorologiya Xidməti (Met Office) və London Gigiyena və Tropik Tibb Məktəbinin alimlərinin birgə araşdırmasında bildirilir.
Araşdırmaya əsasən, may ayında baş verən isti hava dalğası nəticəsində 550 nəfərin ölümü yüksək temperaturla əlaqələndirilir. Həmin ay havanın temperaturu 35,1 dərəcəyədək yüksələrək may ayı üzrə tarixi rekord qeydə alıb.
İyunun ikinci yarısında müşahidə olunan daha güclü isti hava dalğası zamanı isə təxminən 2 200 nəfərin həyatını itirdiyi ehtimal olunur. Həmin dövrdə Met Office ardıcıl ən azı üç dəfə qırmızı xəbərdarlıq edərək yüksək temperaturun sağlamlıq üçün yaratdığı risklərlə bağlı əhaliyə müraciət edib.
"AzPolitika.info"

Şərhlər