“Peşə təhsili üzrə ixtisasların mövcud təsnifatı 800-dən artıq ixtisası əhatə edir. Həmin təsnifatın dəyişdirilməsi zərurəti yaranıb. Əmək bazarında baş verən dəyişikliklər yeni peşə təhsili təsnifatının layihəsinin hazırlanmasını zəruri edib”.
"AzPolitika" xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı keçirilən görüşdə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ixtisasların təsnifatının yenilənməsi nəzərdə tutulur.
“Tamamilə yenilənmiş peşə təhsili təsnifatı müzakirəyə təqdim olunub. Ümumilikdə 250-yə yaxın ixtisas qeyd edilib. İxtisasların seçilməsi əmək bazarının tələbləri əsasında aparılacaq. Cari ilin sonunda peşə təhsili üzrə ixtisasların yeni təsnifatı hökumət tərəfindən təsdiqlənə bilər”.

Şərhlər