“İki həftəlik Azərbaycana gedirik. Orada məşq edəcəyik”.
“AzPolitika” xəbər verir ki, bunu Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko Rusiya mediasına açıqalmasında deyib.
Qeyd edək ki, Plyuşenkonun 13 yaşlı oğlu Aleksandr beynəlxalq yarışlarda Azərbaycanı təmsil edəcək və bu xəbər bir müddət əvvəl xüsusilə də Rusiyadakı “Z-patriotlar” arasında böyük səs-küyə səbəb olmuşdu. Onlar buna görə “Putinçi” kimi tanınan Plyuşenkonu az qala vətənə xəyanətdə ittiham edirlər.
Oğlunun Azərbaycan bayrağı altında çıxış etməsi və Rusiyadakı idmançıların vəziyyətilə bağlı danışan Plyuşenko deyib:
"Onun beynəlxalq səhnəyə çıxması, konki sürməsi, yarışması lazımdır. Biz burada deqradasiya vəziyyətindəyik. Kirova, Permə, Yekaterinburqa, Moskva vilayətinə getmək - bu əladır. Amma bu, idmançılarımızın deqradasiyasıdır".
“AzPolitika.info”

Şərhlər