Moskva polisi siyasətçi Boris Nadejdini saxlayaraq, polis bölməsinə aparıb.

“AzPolitika” xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” kanalında məlumat yayıb. Həbsin səbəbi hələlik məlum deyil.

İyulun 10-da Rusiya Ədliyyə Nazirliyi Nadejdinin adını "xarici agent" reyestrinə əlavə edib. 

Nazirlik bildirib ki, siyasətçi digər "xarici agentlər" və "arzuolunmaz" təşkilatların materiallarının paylanmasında iştirak edib: “Rusiya hökumətinin qərarları haqqında yalan məlumat yayıb və razılaşdırılmamış mitinq və piketlərdə iştirak etməyə çağırıb".

Buna baxmayaraq, Dövlət Dumasına namizədliyini irəli sürmüş və imza toplamağa başlamış Nadejdin siyasi fəaliyyətini davam etdirəcəyini deyib.

Xatırladaq ki, Nadejdin 2024-cü ildə özünü müharibə əleyhinə namizəd kimi təqdim edərək Rusiya prezidentliyinə namizədliyini irəli sürmüşdü. Onun namizədliyini dəstəkləmək üçün imza toplama məntəqələrində böyük növbələr yaranmışdı. Lakin Rusiya Mərkəzi Seçki Komissiyası onu seçkilərə buraxmamışdı.

“AzPolitika.info”