ABŞ Prezidenti Donald Tramp hesab edir ki, genişmiqyaslı hərbi əməliyyatların yenidən başlamasına baxmayaraq, Vaşinqton və Tehran arasında razılaşma hələ də mümkündür.
"Report"un məlumatına görə, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəli, düşünürəm ki, razılaşma mümkündür. Əlbəttə, belə düşünürəm", - o deyib.
Tramp həmçinin ABŞ-nin Fars körfəzindəki bütün ərəb ölkələrini qoruduğunu və Hörmüz boğazında gəmiçiliyin təmin olunması üçün kompensasiya gözlədiyini bildirib.
"Mən kompensasiya istəyirəm, çünki biz dünyanın çox zəngin bir hissəsini qoruyuruq. Biz pul xərcləyirik. Biz bu mühafizə üçün kömək etdiyimiz ölkələrdən kompensasiya almağa hazırlaşırıq", - Tramp vurğulayıb.

Şərhlər