Qəflətən dünyasını dəyişən respublikaçı senator Lindsi Qremin senatdakı yerini onun bacısı Darlen Qrem Nordon tutacaq.

“AzPolitika” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Məlumatda deyilir ki, bu təyinat Prezident Donald Trampın güclü təkidindən sonra baş tutub.

Trampın yaxın müttəfiqi olan Cənubi Karolina qubernatoru Henri Makmaster, Qremin qəfil vəfat etməsindən 48 saat sonra Nordonu Senata namizəd göstərib. Tramp Truth Social-dakı paylaşımında yazıb: "Bu, onu çox sevən Lindsiyə gözəl bir hörmət əlaməti olardı".

“Fox News” mənbələrinə görə, Qremin yerinə keçmiş senator Cim DeMint də daxil olmaqla digər namizədlər nəzərdən keçirilib. Lakin seçim Nordonun üzərində durub. İndi ən azı 3 yanvar 2027-ci ilə qədər o, qardaşının vəzifəsini icra edəcək.

“AzPolitika.info”