Menu

"Bu, bizim dəyişməz mövqeyimizdir" - İsrail  səfiri

06.01.2015, 15:44
"Bu, bizim dəyişməz mövqeyimizdir" - İsrail  səfiri

Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə nizamlanmalıdır.

Bunu Trend-ə İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz deyib.

Onun sözlərinə görə, istənilən münaqişə sülh you ilə həll edilməlidir: "Bu, regiondakı təcrübəmizdən irəli gəlir. Sülh yolu ilə həll ən yaxşı qərardır ki, bu da çox vacibdir. İsrail ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərini dəstəkləyir".

Səfir qeyd edib ki, hamı münaqişənin tez bir zamanda həll edilməsini istərdi: "Lakin tarixə müraciət etsək görərik ki, istədiyimiz kimi tez alınmır".

R.Harpaz əlavə edib ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Bu bizim dəyişməz mövqeyimizdir. İsrailin xarici işlər naziri və Prezidenti bu barədə dəfələrlə bəyan edib".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol