ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun Türkiyəyə F-35 qırıcılarının mümkün satışı ilə bağlı tənqidlərinə sərt reaksiya verib.

Bu barədə Axios nəşri məlumat yayıb.

Məlumata görə, Tramp Netanyahunun ABŞ-ın hərbi qərarlarına açıq şəkildə müdaxilə etməsindən narazı qalıb və onun bu məsələyə qarışmağa "haqqı olmadığını" bildirib.

Xatırladaq ki, Netanyahu daha əvvəl Türkiyənin F-35 qırıcıları əldə etməsinin Yaxın Şərqdə qüvvələr balansını poza biləcəyini bəyan etmişdi. O, bu addımın regionun təhlükəsizlik arxitekturasına təsir göstərəcəyini vurğulamışdı.

Axiosun məlumatına əsasən, Tramp İsrail liderinin açıqlamalarını ABŞ-ın müdafiə siyasətinə təsir göstərmək cəhdi kimi qiymətləndirib. Bunun Vaşinqton və Təl-Əviv arasında müəyyən narazılıq yaratdığı bildirilir.

Qeyd edək ki, Türkiyənin F-35 proqramına qayıdışı məsələsi son aylarda yenidən beynəlxalq gündəmdə müzakirə olunur. Ankara ilə Vaşinqton arasında bu istiqamətdə təmasların davam etdiyi vurğulanır. (Modern.az )