Mərhum senator Lindsi Qrem tərəfindən irəli sürülən Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” kimi tanınan qanun layihəsinin Senatda artıq 60-dan çox tərəfdarı var. Bu da onun Senatdan keçməsi üçün kifayətdir.
“AzPolitika” xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Vəziyyətlə tanış olan mənbənin sözlərinə görə, qanun layihəsinin ən azı 61 tərəfdarı var: 39 Respublikaçı və 22 Demokrat.
Nəşr qeyd edir ki, ən böyük maneə qanun layihəsinin müzakirəsi üçün vaxt qrafikinin müəyyən edilməsidir.
14 iyulda ABŞ senatorları Lindsi Qremin Rusiyaya qarşı sanksiyalar qanun layihəsinin yenilənmiş versiyasını təqdim ediblər. Qanun layihəsi, orijinal versiyada yer alan Çin, Hindistan və Rusiya neft və qazının digər əsas idxalçılarına qarşı tarif təhdidini bir qədər yumşaltsa da, olduqca kəskin məzmuna malikdir.
Qanun layihəsi Rusiya rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyi, ən əsası isə Rusiya ilə sıx enerji əlaqələri olan Çin və Hindistana təzyiq göstərmək üçün tariflərdən istifadə etməyi təklif edir.
“AzPolitika.info”

Şərhlər