Menu

Bazarlarda "etiketsiz məhsul" dövrü bitir – AQTA-dan yeni qərar

17.07.2026, 11:50
Bazarlarda "etiketsiz məhsul" dövrü bitir – AQTA-dan yeni qərar

Bazarlarda etiketsiz satılan bütün məhsullar etiketlənəcək.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 6 ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, proses əvvəlcə Bakı şəhərindən başlayıb, tədricən region bazarlarını da əhatə edəcək:

"AQTA dövlət hesabına bazarlarda əvvəllər etiketsiz satılan bütün məhsulların etiketlənməsini həyata keçirir. Artıq "Təzə bazar"da məhsulların etiketlənməsi prosesi başlayıb. Yaxın zamanlarda digər bazarları da əhatə edəcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol