Menu

Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı – Siyahıda "Qazprom" da var

17.07.2026, 12:45
Rusiyada YDM-lər kütləvi şəkildə satışa çıxarıldı – Siyahıda "Qazprom" da var

Rusiyada son bir ay ərzində onlayn ticarət platformalarında və şirkətlərin rəsmi saytlarında 150-dən çox yanacaqdoldurma məntəqəsinin (YDM) satışı ilə bağlı elan yerləşdirilib.

"AzPolitika" xəbər verir ki, satışa çıxarılan obyektlər arasında həm müstəqil YDM-lər, həm də "Qazprom" kimi iri şirkətlərə məxsus məntəqələr var.

Satıcıların sözlərinə görə, buna əsas səbəb YDM sahiblərinin maliyyə vəziyyətinin pisləşməsi və borcların artmasıdır. Bir çox sahibkar bu sahədə fəaliyyətini davam etdirmək istəmir.

"İzvestiya"nın yazdığına görə, "Qazprom"un qeyri-profil aktivlərinin satışı çərçivəsində Həştərxan, Rostov, Tambov və Nijni Novqorod vilayətlərində yerləşən yanacaqdoldurma məntəqələri də satışa çıxarılıb. Obyektlərin qiyməti 940 min rubldan 13,4 milyon rubla qədər dəyişir.

"Qazprom GNP Holding"in mətbuat xidməti bildirib ki, sözügedən YDM-lər 2022-ci ilin avqustundan satışdadır və bu, şirkətin planlı aktiv idarəetmə siyasətinin bir hissəsidir.(publika.az)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol