Azərbaycan cari ilin ilk 5 ayında aviasiya yanacağının ixracında kəskin artım qeydə alıb.
"AzPolitika" "Report"a istinadla xəbər verir ki, bu ilin yanvar-may aylarında ölkədən 66,2 milyon ABŞ dolları dəyərində 65 min 806 ton aviasiya yanacağı ixrac olunub. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34 dəfə, kəmiyyət olaraq isə 104 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycanın aviasiya yanacağı ixrac etdiyi əsas ölkələr və göstəricilər aşağıdakı kimi olub:
Lüksemburq: 20 milyon dollar dəyərində 26 min 718 ton (ötən il tədarük edilməyib);
Rusiya: 11 milyon dollar dəyərində 8 min 783 ton (dəyər baxımından 169 dəfə, kəmiyyət olaraq 106 dəfə çox);
Türkiyə: 7,79 milyon dollar dəyərində 6 min 224 ton (dəyər baxımından 104 dəfə, kəmiyyət olaraq 61 dəfə çox);
Belçika: 5,51 milyon dollar dəyərində 5 min 971 ton (Azərbaycan 2 illik fasilədən sonra bu ölkəyə tədarükü bərpa edib);
ABŞ: 3,97 milyon dollar dəyərində 3 min 172 ton (ötən il tədarük edilməyib).

Şərhlər