Menu

Qətər hücumlara görə İrandan təzminat tələb etdi

21.07.2026, 15:40
Qətər hücumlara görə İrandan təzminat tələb etdi

Qətər hökuməti İranı ölkə ərazisinə edilən hücumlara görə məsul hesab etdiyini və dəyən ziyanın ödənilməsi üçün kompensasiya tələb etdiyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, İranın iyulun 7-də Hörmüz boğazı yaxınlığında Qətər neft tankerini hədəfə alıb, daha sonra isə ölkə ərazisinə yenidən raket zərbələri endirib.

Nazirliyin məlumatına görə, raketlərin havada zərərsizləşdirilməsi zamanı qəlpələrin yaşayış məntəqəsinə düşməsi nəticəsində, bir uşaq da daxil olmaqla üç nəfər yaralanıb.

Qətər bu hadisələrə görə İranı məsuliyyət daşıyan tərəf hesab etdiyini vurğulayaraq, dəyən zərərin ödənilməsi üçün rəsmi şəkildə kompensasiya tələb etdiyini bildirib. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol