Türkiyənin paytaxtı Ankarada mülki təlim vertolyotunun qəzaya uğraması ilə nəticələnən hadisə baş verib.
"AzPolitika" xəbər verir ki, qəza Sincan rayonunun Temelli ərazisində qeydə alınıb. Təlim uçuşu həyata keçirən vertolyot naməlum səbəbdən idarəetməni itirərək tarlaya düşüb.
İlkin məlumata əsasən, qəza nəticəsində vertolyotda olan iki nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralıların vəziyyəti ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Qəzanın başvermə səbəbləri araşdırılır.

Şərhlər