Menu

İstanbulda polis şöbəsinə silahlı hücum- Bir polis şəhid olub

06.01.2015, 21:18
İstanbulda polis şöbəsinə silahlı hücum- Bir polis şəhid olub

İstanbulun tarixi Sultanahmet rayonunda qadın carşabına bürünmüş bir naməlum silahlı şəxs turizm polisi şöbəsinin qarşısındakı növbətçi postuna daxil olaraq partlayış törədib. Türkiyə mediasının məlumatına görə həmin şəsx ingilis dilində danışıb. Məlumata görə, silahlı terrorçu idarəyə daxil olmağa cəhd etdikdə, növbətçi polis əməkdaşlarının müqaviməti ilə üzləşib və atəş açaraq, üzərindəki qumbaranı partladıb. Hadisənin digər təfərrüatları hələlik açıqlanmır.

“Hürriyet”e istinadən verdiyi xəbərə görə, nəticədə 2-si polis əməkdaşı və biri qadın olmaqla 3 nəfər yaralanıb. Polislərdən birinin artı şəhid olduğu bildirilir.

Hadisə yerinə həkim briqadaları və polis qüvvələri cəlb olunub. Hadisə yerinə aparan küçələr nəzarətə götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol