Menu

Bakıda gəncin başı kəsildi (FOTO)

06.01.2015, 20:57
Bakıda gəncin başı kəsildi (FOTO)

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. Səbail rayon polis idarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə "Sahil" metrosunun yaxınlığında baş verib.

İlkin ehtimala görə, iki gənc arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və gənclərdən biri digərinin boyun nahiyəsindən bıçaqla başını kəsib.

Qətli törədən gənc hadisə yerindən qaçıb. Cinayətin baş verdiyi yerə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır. Qətli törədən şəxsin axtarışı istiqamətində əməliyyat tədbirləri aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol