Menu

"10 min kilometrə qədər uçuş məsafəsi olan PUA-larımız olacaq" - Zelenski

24.07.2026, 21:21
"10 min kilometrə qədər uçuş məsafəsi olan PUA-larımız olacaq" - Zelenski

Yaxın iki il ərzində Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) uçuş məsafəsinin 10 min kilometrə qədər artırılması planlaşdırılır.

"Report" "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı bloqer Lora Lumerə müsahibəsində bildirib.

V. Zelenskinin sözlərinə görə, uzaqmənzilli PUA-larının yaradılması üzrə Ukrayna proqramı inkişafının yeni mərhələsinə qədəm qoyur: "Hazırda bizim 3000 kilometrdən çox uçuş məsafəsinə malik dronlarımız var. Bu il 4000 kilometrə qədər, gələn il isə 5 mindən 10 min kilometrə qədər uçuş məsafəsi olan PUA-larımız olacaq".

V. Zelenski vurğulayıb ki, pilotsuz texnologiyaların gələcək inkişafı ölkənin müdafiə potensialının gücləndirilməsinin əsas istiqamətlərindən biri olaraq qalır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol