İsrail ordusunun sabiq baş qərargah rəisi Yisrael Ziv ölkənin hava hücumundan müdafiə və təhlükəsizlik sistemi ilə bağlı diqqətçəkən açıqlama verib.

Ziv bildirib ki, hazırda İsrail ordusunun genişmiqyaslı müharibəyə tam gücü ilə qoşulmasına mane olan əsas faktorlardan biri məhz erkən xəbərdarlıq sistemlərinə vurulan ağır zərbələrdir. Sabiq komandanın sözlərinə görə, İran hərbi rəhbərliyinin bu müharibədəki en böyük strateji uğuru məhz sözügedən sistemləri sıradan çıxarmaq olub.Yisrael Ziv əvvəlki dövrlərlə müqayisə apararaq vurğulayıb ki, kəşfiyyat və erkən xəbərdarlıq imkanları sayəsində raketlər İrandan atıldığı andan etibarən İsrail və regiondakı müttəfiq ölkələr operativ məlumat alır, hava hücumundan müdafiə (HHM) sistemləri dərhal hazır vəziyyətə gətirilirdi. Lakin son hərbi əməliyyatlar zamanı vəziyyət köklü şəkildə dəyişib:

Son müharibədə İran həm İsraildə, həm də regionda yerləşən erkən xəbərdarlıq sistemlərinə dəqiq zərbələr vurmaqla özü üçün faktiki olaraq açıq dəhliz yaratdı. Hərbi nöqteyi-nəzərdən bu, hazırkı hökumətin ən böyük uğursuzluğudur."

Sabiq baş qərargah rəisi əlavə edib ki, erkən xəbərdarlıq infrastrukturlarının sıradan çıxarılması səbəbindən indi İranın atdığı raketləri öncədən təsbit etmək kəskin şəkildə çətinləşib. Bu cür kəşfiyyat və texniki boşluqlar isə İsrailin strateji obyeklərini və yaşayış məntəqələrini İranın raket hücumları qarşısında daha müdafiəsiz və həssas vəziyyətə salır.

Rasim

"AzPolitika.info"