Menu

Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!

26.07.2026, 21:11
Türkiyə millisindən tarixi zəfər - ÇEMPİON OLDU!

Türkiyənin qadın voleybolçulardan ibarət millisi 2026-cı il FIVB Millətlər Liqasının qalibi olub.

Daniele Santarellinin rəhbərlik etdiyi komanda finalda Braziliya yığmasını 3:1 hesabı ilə məğlub edib.

Türkiyə yığması bununla da tarixində ikinci dəfə Millətlər Liqasının kubokuna sahib çıxıb.

Qeyd edək ki, Türkiyə millisi ilk dəfə 2023-cü ildə bu turnirin qalibi olmuşdu. 2026-cı il çempionluğu isə komandanın Millətlər Liqasındakı ikinci zəfəri kimi tarixə düşüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol