Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin eks-sədri Saleh Məmmədovun xaricdəki biznes fəaliyyəti ilə bağlı maraqlı məlumatlar ortaya çıxıb.
"AzPolitika" xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında paylaşım edib.
Jurnalistin təqdim etdiyi məlumata görə, S.Məmmədov Almaniyada şəriklik əsasında ümumilikdə 47 mənzildən ibarət 2 yaşayış binasının tikintisini həyata keçirir. Layihənin ümumi investisiya dəyəri 13-15 milyon avro civarında qiymətləndirilir.
C.Həsənli bildirib ki, rəsmi tikinti planına əsasən, yaşayış binalarının 2027-ci ilin yayında və ya sonlarında tam təhvil verilməsi nəzərdə tutulub. Jurnalist paylaşımına layihəyə aid orijinal fotosənədləri də əlavə edib.
Xatırladaq ki, Saleh Məmmədov 2017–2026-cı illərdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
S.Məmmədov yayılan məlumatla bağlı hər hansı açıqlama verməyib.
Rasim
"AzPolitika.info"



Şərhlər
Hörmtli Vətəndaşlar, dövlətimizin azadlıq, yaşam, ərazi bütövlüyü, müstəqillik naminə 1992ci ildən 2017ci ilə qədər qurulmuş sənaye ilə tam-bütöv verdiyi, səpdiyi strateji sərvətlər üst-üstə 1920ci ildən 1992ci ilə qədər verdiklərindən dəfələrlə çox və məlum ehtiyatların tükənməsinə gətirib?
bu keçmiş dövlət məmurunda bu qədər pul haradandır ? bu pulları Almaniyaya necə aparıb ?
Haram olsun .Xalgın vergilerinden Budcesinden oğurladığı pullardı ....