ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin üzvü Ceymi Raskin FIFA ilə ABŞ Prezidenti Donald Tramp administrasiyası arasında "imtiyaz müqabilində qarşılıqlı maraq" münasibətlərinin olduğu iddiaları ilə bağlı araşdırmaya başlayıb.
Raskin FIFA prezidenti Canni İnfantinoya ünvanladığı məktubda bildirib ki, araşdırma FIFA-nın Tramp administrasiyasından xüsusi imtiyazlar əldə etmək cəhdləri və bunun müqabilində ABŞ Ədliyyə Nazirliyinin FIFA ilə əlaqəli bəzi yüksək profilli korrupsiya işlərini dayandırdığı iddialarını əhatə edir.
O, həmçinin FIFA-nın Dünya Kuboku biletlərinin satışında tətbiq etdiyi yüksək qiymətlər və aldadıcı satış üsullarının amerikalı istehlakçılara zərər vurduğunu iddia edib. Raskinin sözlərinə görə, FIFA-nın Tramp Tower-də ofis icarəyə götürməsi və Donald Trampa "FIFA Sülh Mükafatı" təqdim etməsi də administrasiya ilə yaxın münasibətlər qurmaq cəhdinin tərkib hissəsi olub.
Konqresmen İnfantinodan Tramp və onun ətrafına təqdim edildiyi iddia olunan mümkün üstünlüklər, bilet satışı siyasəti, ABŞ rəsmiləri ilə aparılan təmaslar, həmçinin Tramp Tower-dəki FIFA ofisinin ziyarətçi qeydləri ilə bağlı sənədləri Komitəyə təqdim etməsini və Komitədə ifadə verməsini tələb edib.
"AzPolitika.info"

Şərhlər