Menu

ƏRDOĞAN-ZEYDİ GÖRÜŞÜNDƏ QARIŞIQLIQ: İraqlı nazir tərəddüd etdi - VİDEO

29.07.2026, 11:23
ƏRDOĞAN-ZEYDİ GÖRÜŞÜNDƏ QARIŞIQLIQ: İraqlı nazir tərəddüd etdi  - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İraq Baş naziri Əli əz-Zeydi arasında Beştəpədə keçirilən görüşdən sonra baş tutan imzalama mərasimində gözlənilməz hadisə baş verib.

"AzPolitika" xəbər verir ki, iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalanarkən, İraqın nəqliyyat naziri Vahab Salman Məhəmməd "İnkişaf Yolu" layihəsi ilə bağlı sənədi imzalamağa tərəddüd edib.

Baş naziri Əli əz-Zeydi vəziyyətə müdaxilə edərək Vahab Salman Məhəmmədə müqaviləni iştirakçıların qarşısında imzalamağı tapşırıb.

Baş nazirin göstərişindən sonra Vahab Salman Məhəmməd sənədi imzalayıb və mərasim davam edib.

İlk anda nazirin müqaviləni imzalamaqdan imtina etməsi müxtəlif suallar doğursa da, sonradan hadisənin siyasi fikir ayrılığı ilə bağlı olmadığı bildirilib.

Hadisənin görüntüləri qısa müddətdə həm sosial şəbəkələrdə, həm də beynəlxalq mediada geniş müzakirələrə səbəb olub.

Türkiyə mətbuatının yaydığı məlumatlara görə, Prezident Rəcəb Tayyib Ərdoğan imzalanma mərasimi zamanı baş verən hadisə ilə bağlı xarici işlər naziri Hakan Fidandan məlumat istəyib.

Bəzi media orqanlarında İraqın nəqliyyat naziri Vahab Salman Məhəmmədin İrana yaxınlığı ilə tanınan Bədr Təşkilatı ilə əlaqələrinin olduğu iddia edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol